Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

Fanat.Az xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.

Xatırladaq ki, Ə. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər