Dünyanın ən zəngin varislərindən biri olan Dubay şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid yeni fotolarını paylaşıb. Fanat.az xəbər verir ki, “Fazza” ləqəbli şahzadə Dubayda "Mançester Siti" klubunun tanınmış futbolçusu, yarımmüdafiəçisi Samir Nəsri ilə birlikdə paraşütdən tullanıb.
Şahzadə yeni fotolarını öz rəsmi "Facebook" səhifəsindən onu izləyənlərlə bölüşüb. Fotolarda Şahzadə və futbolçunun havada necə əyləndiyi əks olunub. Daha sonra sağ-salamat yerə enən Şahzadə Samir Nasriyə maraqlı gün üçün təşəkkür edib.
Fransa yığmasının ulduz futbolçusu Samir Nasri Dubaya istirahət üçün yollanıb. "Mançester Siti"nin futbolçusu İngiltərə Premyer Liqası yekunlaşdıqdan sonra dünya turuna çıxmağa qərar verib.



Dubay şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid bir müddət öncə Azərbaycana gəlmişdi. O, ölkəmizə 10-15 nəfərlik qohum-dostları ilə birgə gəlmiş və Bakıda bahalı otellərdən birində gecələmişdi. Paytaxtın görməli yerlərini gəzib, çəkdiyi şəkilləri paylaşan Şahzadə, daha sonra ətrafı ilə birlikdə Bakıdan kənarda ova çıxıb.
Qonaqlar Hacıqabul rayonunun Qarasu və Muğan kəndlərində şahin və bəzgək quşları ovlayıblar. Ova adətən avtomobillərlə gələn ərəblərin ixtiyarında helikopter də olub.
Ərəblər rayonları helikopterlə də dolaşıblar. Dubay Şahzadəsi Qəbələdə də olub, kanatda gəzib. “Fazza” ləqəbilə şeirlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridi. “Forbes”in dünyanın ən zəngin varisləri sırasında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədi.//anspress






Fanat.az