Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

Azərbaycanı Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbut xidmətinə istinadən xəbər verir ki, qrup komandasının heyəti 6 nəfərdən ibarətdir.

Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadır. Fərdi yarışda isə ölkəmizi iki gimnast - Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər