Azərbaycanı AÇ-də təmsil edəcək daha bir cüdoçunun adı bilindi

Azərbaycanı AÇ-də təmsil edəcək daha bir cüdoçunun adı bilindi

Azərbaycanı Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun kimliyi bəlli olub.

Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində Murad Fətiyev mübarizə aparacaq.

O, ötən gün Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda qızıl medal əldə edib.

Qeyd edək ki, aprelin 23-dən 27-nə qədər təşkil olunacaq Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər