Azərbaycandan ayrıldı, Rumıniya klubuna keçdi

Azərbaycandan ayrıldı, Rumıniya klubuna keçdi
"Səbail" klubu ilə yollarını ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib. 
Fanat.Az "Digisport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniyanın UTA komandasına keçib. Braziliyalı oyunçu Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib.
Silva UTA-ya kömək etmək istədiyini söyləyib: "Ümid edirəm ki, istədiyimiz səviyyəyə çatacağıq. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm.
Daha əvvəl Rumıniyada "Universitatya Kluj", "Astra" və "Panduri"də çıxış edən müdafiəçi ölkəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb: "Ölkəyə necə daxil olacağımı bilmirdim, bu səbəbdən bir az stressli idim. Hazırda düşüncəm futbol oynamaqdır". 
Qeyd edək ki, Eriko da Silva 2019-cu ilin yayında "Səbail"ə keçib. UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər