Azərbaycan üzgüçüsü Dmitri Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.
Fanat.Az-ın məlumatına görə, o, həlledici mərhələdə 24.29 saniyə nəticə ilə ikinci olub və gümüş medal qazanıb. Onun qardaşı Roman Saley isə 24,45 saniyəlik nəticə ilə 4-cü olub.
Daha əvvəl Dmitri Dmitri Brass növündə 100 metrə, Roman isə arxasıüstə 100 metrədə gümüş qazanıblar.
Qeyd edək ki, millimizin Rio Paralimpiya Oyunlarında medal sayı 10-a çatıb.
Fanat.Az