Azərbaycandakı "lipa" qalmaqalı Türkiyə mətbuatının gündəminə düşüb. Fanat.Az xəbər verir ki, qardaş ölkənin aparıcı media qurluşları "Şahdağ"ın yeni transferi Viktor Emenayo ilə bağlı xəbər yayılıb.
Xəbərdə bildirilir ki, nigeriyalı futbolçunun sənədlərdə yaşı 23 göstərilsə də, 40 yaşında olduğu iddia edilib. Həmçinin qeyd olunur ki, özü ilə bağlı iddialara cavab verən Emenayo pasportunun şəkilini mətbuata təqdim edib və "Mən yalan danışmıram, yaşım həqiqətən də 23"dü deyib.
Qeyd edək ki, "Hürriyyət" qəzetinin saytı xəbəri əsas səhifədən - manşetdən yayımlayıb. Həmçinin "Sabah", "A Haber", "Sporx" kimi aparıcı mətbuat orqanları xəbəri yayımlayıb.
Fanat.Az