Azərbaycanda oynamış futbolçuya ömürlük cəza- RƏSMİ

Azərbaycanda oynamış futbolçuya ömürlük cəza- RƏSMİ

Artyom Yevlanov və Sergey Artyux Ukrayna Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilib. Fanat.Az  “Sovetskiy Sport”a istinadən xəbər verir ki, buna səbəb adıçəkilənlərin qondarma Donetsk Xalq Respublikasının yığmasında oyun keçirməsidi.

Donetskdən olan Artyuxun soyadı azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. O, 2008-2009 aralığında "Simurq"da, 2011-ci ildə "Turan"da, 2012-ci ildə isə "Rəvan"da oynayıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər