“Bakı”nın sabiq üzvü Mario Martinez Rubionun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Belə ki, Rubio super Liqada çıxış edən "Boavişta" klubuna keçib. Klubun rəsmi saytının məlumatında bildirilir ki, onunla 6 ay + 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mario Martinez 2012/13 mövsümündə "Bakı"da çıxış edib (6 oyun, 1 qol). Ölkəmizdən ayrıldıqdan sonra o, İspaniyanın "Tarazona", Kolumbiyanın "Jaquares Kordoba" və Boliviyanın "Bloominq" klublarında top qovub.
Fanat.az