Azərbaycanda oynamış futbolçu 38 yaşında öldü

Azərbaycanda oynamış futbolçu 38 yaşında öldü

Moskva "Spartak"ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib. Bu barədə "R-Sport" məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin "MKT-Araz" klublarının şərəfini qoruyub.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb. (Report)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər