AZAL-dan ayrılan Oskar Klavanın yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, latviyalı futbolçu vətəninə dönüb.
31 yaşlı futbolçu sabiq komandasına dönüb. Belə ki, Oskar 2002-2010 və 2012-ci illərdə forma geyindiyi "Metallurq"a qayıdıb. Amma indi bu klub adını dəyişərək "Lyepaya" olub.
"Lyepaya" onunla yanaşı 2011/12 və 2012/13 mövsümlərində "Bakı"da çıхış etmiş Denis İvanovsla da müqavilə bağlayıb.
Bundan başqa "Lyepaya"da "Bakı"nın daha bir sabiq üzvü Maris Verpakovskis və "Kəpəz"lə "Simurq"da oynamış Kristaps Grebis "Lyepaya"da çıхış edir.
Fanat.az