Azərbaycanda “Futbol saatı” olmayacaq!

Azərbaycanda “Futbol saatı” olmayacaq!

"Xəzər TV”də yayımlanan "Futbol saatı” veriılişi fəaliyyətini dayandırıb.

Fanat.Az xəbər verir ki, telekanal rəhbərliyi yeni mövsümdən bu verilişə ehtiyac görməyib. Verilişin aparıcısı Sənan Abdullayev məlumatı "Futbol+” qəzetinin sorğusuna cavabında təsdiqləyib.

Xatırladaq ki, "Futbol saatı” son illər Azərbaycanda yayımlanan ən populyar idman verilişlərindən biri olub. Verilişdə əsasən ölkə futbolunun problemləri qaldırılıb, onun həlli yolları göstərilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər