“Azərbaycanda da eyni vəziyyətdir” – Ruben Ayrapetyan

“Azərbaycanda da eyni vəziyyətdir” – Ruben Ayrapetyan

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan maraqlı açıqlama verib. 

Fanat.Az xəbər verir ki, assosiasiya rəhbəri Vanadzorda futbol akademiyasının açılışı zamanı Azərbaycan və Ermənistan futbolu arasındakı bənzərliyə toxunub:  "Fikrimcə, dövlət orqanlarının futbol klublarını maliyyələşdirməsi  çox pis haldır. Rusiya Premyer Liqasında mübarizə aparan 16 klubdan yalnız 4-ü özəldir. Digərləri dövlət vəsaiti hesabına maliyyələşir. Qazaxıstan və Azərbaycanda da eyni vəziyyətdir, amma nəticə yoxdur. Yaxşı olardı ki, biz hamımız iş adamlarından xahiş xahiş edərdik ki, klub saxlasınlar”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər