Azərbaycanda 500 manata oyun alırlar - ŞOK FOTO

Azərbaycanda 500 manata oyun alırlar - ŞOK FOTO
Azərbaycan Həvəskarlar Liqasında mübarizə aparan "Şərur" komandasının qapıçısı Seymur Bəydəmirov iyunun 28-də qarşılaşacaqları rəqibləri "Sabunçu"nun futbolçusu Sabir Lotova oyunu satmağı təklif edib. Bu barədə komanda.az-a "Sabunçu" komandasının baş məşqçisi Emil Cəfərov bildirib. 
Onun sözlərinə görə rəqib klubun qapıçısı bu təklifi komandasının oyunçusuna sosial şəbəkədə edib: "Bizim "Şərur" komandasıyla iyunun 28-də həvəskarlar liqasında oyunumuz var. Məndə olan məlumata görə "Şərur" klubunun maliyyələşdirənlər düzgün oyunun tərəfdarıdılar. Onlar komandanın qarşısına bizimlə oyunda mütləq qalib gəlməyi məqsəd qoyublar. Ancaq "Şərur" qalib gəlməsə, onlara sponsorluqdan imtina edəcəklər. Onların da qapıçısı sosial şəbəkədə bizim oyunçuya oyunu satmağı təklif edib. Biz "Şərur"la Banişevski kubokunda da qarşılaşmışdıq. O zaman hakimlər bizim futbolçuya qırmızı vərəqə göstəmişdilər. Həmin oyun 2:2 bərabərliklə nəticələnsə də, penaltilərdə biz qalib gəlmişdik".
"Şərur" klubunun üzvünün "Sabunçu"nun futbolçusuna göndərdiyi mesajın fotosunu təqdim edirik.
Azərbaycanda 500 manata oyun alırlar - ŞOK FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər