"Simurq"un sabiq futbolçusu Draqan Çeranın yeni iş yeri bəlli olub.
Fanat.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını Özbəkistanda davam etdirəcək.
O, bu ölkənin "Nasaf" klubu ilə müqavilə imzalayıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Simurq" fəaliyyətini dayandırdıqdan sonra forvard əvvəlcə Səudiyyə Ərəbistanının "Hayer", daha sonra isə Makedoniyanın "Vardar" klubuna üz tutmuşdu. O, 2013/14 və 2014/15 mövsümlərində ölkəmizdə 63 oyun keçirib və 34 qol vurub.
Fanat.az