Azərbaycan yığmasının idmançısı ölümdən döndü - ŞOK TƏFƏRRÜAT

Azərbaycan yığmasının idmançısı ölümdən döndü - ŞOK TƏFƏRRÜAT

Mayın 1-də Bakı şəhərinin Hövsan qəsəbəsi yaxınlığında dənizdə baş vermiş faciəvi hadisə ilə bağlı maraqlı məqam üzə çıxıb. Lent.az-ın məlumatına görə, bir nəfərin dənizdə boğularaq öldüyü hadisə zamanı xilas olan digər şəxs 32 yaşlı Çervyakov Aleksey Aleksandr oğludu.

 

Aleksey Çervyakov peşəkar idmançıdı və Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının üzvüdü. Onun atası Aleksandr Çervyakov isə qadın voleybolçulardan ibarət ölkə yığmasının sabiq baş məşqçisidi. O, hazırda "Azəryol" voleybol klubunun idman direktorudu.

 

Hadisənin necə baş verməsinə gəlincə, A.Çervyakov həmin gün tanışı Namiq Nəzərovla birgə dənizə balıq ovuna çıxıb. Sahildən bir qədər aralıda qayıqda problem yaranıb və balıqçılar həyatlarına təhlükə yaranacağını görüblər. Bundan sonra onlar dənizə atılaraq üzə-üzə sahilə çıxmaq qərarına gəliblər. Lakin N.Nəzərov boğularaq ölüb, Aleksey isə çətinliklə sahilə çıxa bilib. O, sahilə çıxarkən şok vəziyyətində olub və dərhal xəstəxanaya yerləşdirilib.

Azərbaycan yığmasının idmançısı ölümdən döndü - ŞOK TƏFƏRRÜAT

Azərbaycan yığmasının idmançısı ölümdən döndü - ŞOK TƏFƏRRÜAT

Azərbaycan yığmasının idmançısı ölümdən döndü - ŞOK TƏFƏRRÜAT

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər