Azərbaycan yığmasından AÇ-də gümüş medal

Azərbaycan yığmasından AÇ-də gümüş medal

Azərbaycan yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən at polosu üzrə 14-cü Avropa çempionatında final oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda həlledici görüşdə İspaniya ilə üz-üzə gəlib.

Rəqibinə uduzan millimiz gümüş medalla kifayətlənib.

Azərbaycan yığması yarışda 3-cü dəfə iştirak etməsinə baxmayaraq, inamlı təsir bağışlayıb. Belə ki, təmsilçimiz Avropanın ən güclü 8 komandasının mübarizəsində keçirdiyi 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup matçından qələbə ilə ayrılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər