Azərbaycan yığması dünya çempionu oldu

Azərbaycan yığması dünya çempionu oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub. Fanat.az xəbər verir ki, komandamız finalda Koreya Respublikasına 21:5 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə Dünya Çempionu titulunu qazanıb.

Komandamız bu uğuru Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevdən (+87 kq) ibarət heyətlə əldə edib.

Qadınların yarışında finalda Çin və Koreya Respublikası qarşılaşıb. Bu döyüşdə Çin taekvondoçuları Dünya Çempionu olub (6:4).

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər