Azərbaycan Xorvatiyanı məğlub etdi

Azərbaycan Xorvatiyanı məğlub etdi
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, bu məqsədlə Sloveniyada təlim-məşq toplanışda olan komandamız yoldaşlıq oyunlarında gücünü sınayır. 
Faiq Qarayevin yetirmələri dünən növbəti hazırlıq oyunu keçiriblər. Avropa çempionatı öncəsi voleybolçularımız Xorvatiya yığması ilə qarşılaşıb. 4 hissə davam etmiş görüşdə millimiz rəqibini 3:1 hesabıyla məğlub edib. 
Qeyd edək ki, ayın sonunda vətənə dönəcək komandamız paytaxtda Rusiyanın güclü klublarından olan "Uraloçka" ilə bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər