Azərbaycan Xorvatiya və Belarusa rəqib oldu

Azərbaycan Xorvatiya və Belarusa rəqib oldu
Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
2016-cı ildə Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə Avropadan 7 komanda vəsiqə qazanacaq. "Köhnə qitə" təmsilçiləri üç mərhələdə mübarizə aparacaq. Təsnifat mərhələsində 23 komanda 6 qrupa bölünəcək. Azərbaycan millisi bu mərhələdən azaddı.
A qrupu: Gürcüstan, Moldova, Andorra, Cəbəllütariq
B qrupu: Yunanıstan, Monteneqro, İsveç, San-Marino
C qrupu: Fransa, Litva, Albaniya, Malta
D qrupu: Latviya, Ermənistan, Kipr, Estoniya
E qrupu: İsrail, İngiltərə, Danimarka, Uels
F qrupu: Finlandiya, Bolqarıstan, İsveçrə
Azərbaycan yığması mübarizəyə əsas mərhələdən başlayacaq. Təsnifat mərhələnin 6 qalibi yüksək reytinqli 22 komandaya qoşulacaq. Mübarizə 7 qrupda gedəcək.
Millimiz Xorvatiyada mübarizə aparacaq 2-ci qrupda çıxış edəcək. Yığmamız meydan sahibləri, Belarus, həmçinin Yunanıstan, Çernoqoriya, İsveç, San-Marinonun yer aldığı B qrupunun qalibi ilə matçlarda qüvvəsini sınayaacq.
1-ci qrup: Ukrayna, Macarıstan, Belçika, E qrupunun qalibi
2-ci qrup: Xorvatiya, Azərbaycan, Belarus, B qrupunun qalibi
3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, F qrupunun qalibi
4-cü qrup: İspaniya, Hollandiya, Bosniya və Herseqovina, D qrupunun qalibi
5-ci qrup: Çexiya, Sloveniya, Qazaxıstan, C qrupunun qalibi
6-cı qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç
7-ci qrup: İtaliya, Slovakiya, Makedoniya, A qrupunun qalibi
 
Təsnifat mərhələsi bu il oktyabrın 22-25-də, əsas mərhələ dekabrın 10-13-də keçiriləcək. Hər qrupdan iki komandanın yüksələcəyi "pley-off"un qarşılaşmaları isə 2016-cı il martın 22-də və aprelin 12-də baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər