AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı fransalı ədalət təmsilçilərinə tapşırıb.
Sentyabrın 3-də "Bakcell Arena"da baş tutacaq matçı Ruddi Buket idarə edəcək. Ona Guillaume Debart və Kiril Qrinqore yardımçı olacaq. Dördüncü hakim funksiyasını Filip Jeanne yerinə yetirəcək. Fredi Fautrel və Amauri Delerue əlavə köməkçi hakimlər olacaq.
Qeyd edək ki, Ruddi Buket 2011/12 mövsümündə Çempionlar Liqasında keçirilən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" matçının 4-cü hakimi olub. 2011-ci ilin 13 iyulunda Zaqrebdə baş tutan qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdı.
Fanat.az