AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununun biletləri satışa çıxarılıb.
Fanat.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü. Həmçinin biletlərin online satışına da start verilib.
Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-di.
Qeyd edək ki, sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21.00-da başlayacaq.
Fanat.az