Azərbaycan və Türkiyə eyni qrupda

Azərbaycan və Türkiyə eyni qrupda

Bu il sentyabrın 2-dən 4-nə kimi Rumıniyanın paytaxtı Buxarestdə 3X3 basketbol üzrə Avropa çempionatı keçiriləcək.

Fanat.az xəbər verir ki, Rumıniya Basketbol Federasiyası və "Sport Arena" şırkətinin dəstəyi ilə Avropa çempionatında 12 qadın və 12 kişi komandası iştirak edəcək.

Avropa Çempionatının seçmə mərhələsində 27 ölkəni təmsil edən 52 komanda öz güclərini sınayacaq. 

Azərbaycanın 3X3 basketbol üzrə yığma komandaları iyulun 1-dən 2-nə kimi Fransanın Puatye və Hollandiyanın Amsterdam şəhərlərində yarışaçaqlar.

Hollandiya (kişilər)

A qrupu

Azərbaycan

Almaniya

Serbiya

Türkiyə

Uels

B qrupu

Hollandiya 

Rusiya

Slovakiya

İsveçrə

 

1 iyul

11:00. Almaniya - Azərbaycan

15:30. Azərbaycan - Uels

17:30. Serbiya - Azərbaycan

 

2 iyul

10:40. Azərbaycan - Türkiyə

Qadınlardan ibarət yığmamız isə Fransanın Puatye şəhərində oynayacaq. Onlar da A qrupunda yer alıblar. Rəqiblərimiz İtaliya, Rusiya və Slovakiya basketbolçuları olacaq. Buradan 3 yığma finala yüksələcək.  

Fransa (qadınlar)

A qrupu

Azərbaycan

İtaliya

Rusiya

Slovakiya

B qrupu

Fransa

Latviya

İspaniya

Türkiyə

 

1 iyul

14:30. İtaliya - Azərbaycan

16:00. Azərbaycan - Slovakiya 

 

2 iyul

12:30. Rusiya - Azərbaycan 

 

Qeyd edək ki, bir qədər öncə Samit Nuruzadə Avropa çempionatında güvənəcəyi basketbolçuların adlarını açıqlayıb. O, yarışda Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzeyə şans verəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər