Azərbaycan və Portuqaliya eyni qrupda

Azərbaycan və Portuqaliya eyni qrupda

Bu gün Bakı-2015-in çimərlik futbolu yarışlarının püşkü atılıb. Fanat.az xəbər verir ki, yarışa qatılacaq 8 komanda iki qrupa bölünüb.

Ev sahibi Azərbaycan millisi A qrupunda yer alacaq. Yığmamız bu qrupda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq. B qrupunda isə son Avropa çempionu Rusiya ilə yanaşı, İspaniya, İtaliya və Macarıstan yer alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər