Futzal üzrə Avropa çempionatının püşkü atılıb. Fanat.az xəbər verir ki, mərasim çempionatın təşkil olunacağı Serbiyanın paytaxtı Belqradda baş tutub.
Azərbaycan millisi D qrupuna düşüb. Komandamız bu qrupa İtaliya və Çexiya yığmaları mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı 2016-cı ilin 2-13 fevralında keçiriləcək.
A qrupu: Serbiya, Portuqaliya, Sloveniya.
B qrupu: İspnaiya, Ukrayna, Macarıstan.
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan.
D qrupu: İtaliya, Çexiya, Azərbaycan.
Fanat.az