Azərbaycan üzgüçülərindən Çexiyada daha iki medal

Azərbaycan üzgüçülərindən Çexiyada daha iki medal

Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirin ikinci günündə daha iki medal qazanıblar.

Fanat.Az xəbər verir ki, milli üzvlərindən Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 2.02.35 nəticə ilə gümüş medala sahib çıxıb.

50 metr batterflay üsulunda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 27.91 göstərici ilə üçüncü yeri tutub. Bu, onun yarışda ikinci medalı olub. 18 yaşlı idmançı daha əvvəl 50 metr məsafəyə sərbəst üzmədə də bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər