Azərbaycan üçün "DÇ-2016"da həlledici matç

Azərbaycan üçün "DÇ-2016"da həlledici matç
Kolumbiyada keçirilən dünya çempionatı davam edir. Fanat.Az xəbər verir ki, milli komandamız bu gecə qrupdakı son matçına çıxacaq.
 
Yığmamız İranla qarşılaşacaq. İspaniya, Mərakeş və İranla eyni dördlükdə yarışan komandamız mundialın favoritlərindən biri olan “buğalar”a məğlub olsa da, afrikalıları 5:0 hesabı ilə darmadağın edib.
 
İran millisinin də bizim kimi bir qələbəsi və bir məğğlubiyyəti olduğundan 1/8 finalın taleyi məhz bu görüşdən asılıdır.
 
Millimizi bu matçda bərabərlik də qane edəcək. Belə ki, top fərqi ilə İranı üstələyən Azərbaycan yığması hazırda +3 top fərqinə malikdi. İranda isə bu göstərici -2-yə bərabərdi.
 
Qarşıdan duran vəzifənin öhdəsindən gələcəyi halda yığmamızın növbəti rəqibi də bəllidi. Futzalçılarımız 1/4 final üçün Tayland yığmasını sınağa çəkəcək.
 
Dünya çempionatı
Qrup mərhələsi. III tur
 
19 sentyabr
03.00. Azərbaycan - İran
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya).
Medelin. “Coliseo İvan de Bedout”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər