"Bursaspor"un fransız çalışdırıcısı Azərbaycan U-21-nin üzvü Ozancan Kökcünün klubdakı gələcəyiylə bağlı qərarını açıqlayıb. Fanat.Az xəbər verir ki, bu yay "Feyenoord"dan transfer edilən gənci Avstriya hazırlığı çərçivəsində baş tutan oyunda İngiltərə "Lids"inə qarşı 45 dəqiqə oynadan mütəxəssis onun əsas komandada top qovmağa hazır olmadığı qənaətindədi.
3:0 hesabıyla qalib gəldikləri matçın ardından Rikardo Fati, Tomas Netsid və Boban Yoviç kimi legionerləri heyətdə görmək istəmədiyini rəhbərliyə çatdıran Le Quen Ozancanın klubun U-21 komandasına dönməsini vacib sayır. Bu isə o deməkdi ki, 19 yaşlı yarımmüdafiəçini gələn mövsüm Superliqada görməyəcəyik.
Qeyd edək ki, Kökcünün “Bursaspor”la olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.
Fanat.Az