Azərbaycan Türkiyəyə uduzdu - FOTOLAR

Azərbaycan Türkiyəyə uduzdu - FOTOLAR
Qadın voleybolçulardan ibarət milli komandalar arasında Hollandiya və Belçikada keçirilən Avropa çempionatına start verilib. Fanat.az xəbər verir ki, B qrupunda yer alan yığmamız ilk görüşündə qardaş Türkiyənin millisi ilə qarşılaşıb.
Belçikanın Antverpen şəhərində keçirilən görüşdə yığmamız "ay-ulduzlular"a uduzub - 0:3 (21:25; 26:28; 13:25). Qrupun digər görüşündə meydan sahibi Belçika zəif Macarıstan yığmasına qalib gəlməkdə çətinlik çəkməyib - 3:0. 
Baş məşqçi Faiq Qarayevin səhhətində problem yarandığından komandamıza başçılıq edə bilməyib. Yığmamızı oyuna Belçikada olan “Azərreyl”in türkiyəli baş məşqçisi Bülənt Karslıoğlu çıxarıb.
Komandamız bu gün "Lotto Arena"da Bakı vaxtı ilə saat 19.00-da Belçika ilə qarşılaşacaq. Türkiyə isə Macarıstanı sınağa çəkəcək.
Qeyd edək ki, millimiz Bakıda keçirilən Avropa Oyunları zamanı da türklərlə bacara bilməmişdi. Əvvəlcə qrup mərhələsində türklərə uduzan Aleksandr Çervyakovun yetirmələrinin finala gedən yolunu da qardaş ölkə təmsilçisi kəsmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər