Azərbaycan Türkiyəyə uduzdu

Azərbaycan Türkiyəyə uduzdu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində son oyununu keçirib. 

Fanat.az xəbər verir ki, türkiyəli həmyaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Nərmin İsmayılova vurub.

Qeyd edək ki, turnirin ilk oyununda Rumıniya yığmasına 1:4 hesabı ilə məğlub olan futbolçularımız, ikinci qarşılaşmada Sloveniya komandasına qalib gəlmişdi - 2:1.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər