Azərbaycan təmsilçisi Avropa Kubokunun qalibi oldu

Azərbaycan təmsilçisi Avropa Kubokunun qalibi oldu

"Azərreyl" klubunun kişilərdən ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.

Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb.

İki görüşün birində "Azərreyl" (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.

Qeyd edək ki, "Azərreyl"in qadınlardan ibarət komandası da Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər