Azərbaycan təmsilçisi Avropa çempionatında daha bir "qızıl" qazandı

Azərbaycan təmsilçisi Avropa çempionatında daha bir "qızıl" qazandı

Azərbaycan təmsilçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında növbəti qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyası yayıb.

35–39 yaş kateqoriyasında çıxış edən idmançı birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır. O, iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər