“Azərbaycan təəccüblü komandadır” – Yoahim Löv

“Azərbaycan təəccüblü komandadır” – Yoahim Löv

“Azərbaycan təəccüblü komandadır”. Fanat.Az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli mətbuata açıqlamasında deyib. 

56 yaşlı mütəxəssis Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyuna toxunarkən, bunları söyləyib: “Qrupda artıq 7 xal toplayıblar. Azərbaycanın davamlı xallar qazanması maraqlıdır. Onlarla matç heç də asan olmayacaq. Martda bu komandaya qarşı çətin oyun keçirəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı gələn il martın 26-da Bakıda keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər