Azərbaycan Super Liqasının oyunları Qubada

Azərbaycan Super Liqasının oyunları Qubada
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib. 
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 15-16 fevralda təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq. Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. 
Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır. 
Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. 
Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Bu komanda "Azərreyl”i sınağa çəkəcək. 
Ardınca "Murov”la "Abşeron” üz-üzə gələcək. Ertəsi gün "Abşeron” UNEC-lə, "Azərreyl” "Murov”la qarşılaşacaq. Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək. 
Azərbaycan Super Liqası 
15 fevral 
16:00. UNEC – "Azərreyl” 
18:00. "Murov” – "Abşeron” 
16 fevral
16:00. "Abşeron” - UNEC 
18:00. "Azerreyl” – "Murov”
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər