Azərbaycan şirkəti "Latsio"ya sponsorluq edə bilər. Fanat.az хəbər verir ki, bu barədə İtaliyanın "Corierre dello Sport" qəzetinə Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov açıqlama verib.
"Məndə olan məlumata görə, Azərbaycan şirkətlərindən biri ilə "Latsio" arasında danışıqlar gedir. Bu şirkətin özəl müəsisələrdən biri olduğunu bilirəm. Amma əlavə detallar barədə məndə məlumat yoхdu. Onu deyə bilərəm ki, futbol Azərbaycan üçün önəmli idman növüdü. Bizdə futbola böyük sevgi və həvəs var" deyə səfir bildirib.

Fanat.az