"Yaşıl timsahlar" bundan sonra meydana "İnvest AZ" yazılı formalarla çıxacaq.
Sport7.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu mövsümdən rəqiblərini "Timsah Arena"da qəbul edəcək Bursa təmsilçisinin yeni sponsorunun adı məlum olub. Türkiyənin iddialı klublarından sayılan "Bursaspor"un formasının ön tərəfinə "İnvest AZ" yazılacaq.
Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın törəmələrindən sayılan "İnvest AZ"ın ofizləri İstanbulda və Bakıda yerləşir. 2002-ci ildə qurulan şirkət 2012-ci ildən Türkiyədə də fəaliyyət göstərir. "Cənub Axını" qaz xəttinin də əsas investorlarından biri bu şirkət sayılır.
Fanat.az