Azərbaycan - Şimali İrlandiya oyununda anşlaq olacaq - SON DURUM

Azərbaycan - Şimali İrlandiya oyununda anşlaq olacaq - SON DURUM

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Şimali İrlandiya oyununa bilet satışı davam edir. Fanat.Az xəbər verir ki, bu gün naharadək 19500 nəfər stadiona giriş hüququna yiyələnib.

İyunun 10-da saat 20:00-da 31200 azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə maraq böyükdü.

Qeyd edək ki, 24 saat əvvəl 15800 bilet satılmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər