Azərbaycan - Şimali İrlandiya oyunu ispanlara tapşırıldı

Azərbaycan - Şimali İrlandiya oyunu ispanlara tapşırıldı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 10 iyun tarixində baş tutacaq Azərbaycan - Şimali İrlandiya matçını idarə edəcək hakimlər briqadası bəllidi. Fanat.Az xəbər verir ki, oyun İspaniyadan olan ədalət təmsilçilərinə həvalə olunub.

Referi Xavyer Estradaya laynsmanlar  - Migel Martines və Teodoro Sobrino kömək edəcək. Dördüncü hakim funksiyasını Alexandr Ernandes yerinə yetirəcək.

Qeyd edək ki, görüş 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər