DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Şimali İrlandiya oyununa bilet satışı davam edir. Fanat.Az-a verilən son məlumata görə 23000-ə yaxın bilet sahibini tapıb.
İyunun 10-da saat 20:00-da 31200 azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş zamanı tribunalarda anşlaq olacağı gözlənilir.
Qeyd edək ki, dünən19500 bilet satılmışdı.
Fanat.Az