Azərbaycan sərbəst güləşçiləri Romada birinci oldu

Azərbaycan sərbəst güləşçiləri Romada birinci oldu

Azərbaycanın sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirini 9 medalla başa vurublar.

Fanat.Az xəbər verir ki, mükafatlardan dördü qızıl, ikisi gümüş, üçü bürünc əyyarlı olub.

Baş mükafatları millimizin aktivinə Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) yazdırıb. Murad Yevloyev (70) kq), Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medala yiyələniblər.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər