Azərbaycan seçməsi 0:7 hesabı ilə uduzsa da...

Azərbaycan seçməsi 0:7 hesabı ilə uduzsa da...

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Sahib Məmmədovun çalışdırdığı kollektiv A qrupunun 3-cü turunda meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yenilgiyə rəğmən, əvvəlki 2 oyunda qələbə qazanan millimiz 1/8 finala yüksəlib.

Xatırladaq ki, Azərbaycan yığması daha öncə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər