Azərbaycan şahmatının “qızıl dövr”ünü yaradan alim

Azərbaycan şahmatının “qızıl dövr”ünü yaradan alim
Bu gün Azərbaycanın görkəmli alimi, mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun 80 yaşı tamam olur. 
Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi müddətdə respublikanın iri neft və qazkondensat yataqlarının kəşf olunması və işlənməsində iştirak edib, onların istismarı üçün elmi əsaslar hazırlayıb. Onun «Neft» kitabı neft sahəsində çalışan insanların stolüstü kitabına çevrilib.
Ç.Sultanov dənizdə neft və qaz yataqlarında olan təbii ehtiyatların hesablanması və rasional işlənməsinə görə Çapay Sultanov Azərbaycanın Dövlət Mükafatı ilə təltif edilib. 2011-ci ildə 75 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeninə layiq görülən alimə erməni terrorizminin işıqlandırılması istiqamətində apardığı informasiya mübarizəsinə görə Azərbaycan Respublikası MTN-i tərəfindən S.Əsgərova adına birinci mükafat təqdim olunub.
Son illərdə Ç.Sultanovun ciddi elmi araşdırmaların bəhrəsi olan çoxsaylı kitabları Azərbaycanda və onun hüdudlarından kənarda çap edilib, böyük maraqla qarşılanıb. 
Çapay müəllimin adı yalnız elm yox, şahmat tariximizə də qızıl hərflərlə yazılıb. Belə ki, o, 16 il ərzində Azərbaycan Şahmat Federasiyasına (AŞF) rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRİ-nin Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi ittifaq respublikalarının şahmat federasiyaları arasında bölünsün. 
Azərbaycan şahmatının “qızıl dövr”ünü yaradan alim
FİDE-nin ovaxtki prezidenti F.Kampomanes Bakıda - Respublika Şahmat Məktəbində 
Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Bu sistemlə yaxından tanış olmaq üçün Bakıya məxsusi olaraq FİDE-nin prezidenti F.Kompamanes də səfər edib.
 
Azərbaycan şahmatının “qızıl dövr”ünü yaradan alim
Şəkildə: soldan sağa – Ç. Sultanov, tərcüməçi, Kampomanes və A. Aslanov Respublika Şahmat Məktəbində proqramlaşdırılmış tədrisin komputer sistemi ilə tanış olarkən
Görkəmli alimin AŞF-yə rəhbərlik etdiyi dövr ölkə şahmatının “qızıl dövr”ü hesab olunur. 
Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, «Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi» fəxri adları verilib, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub.1986-cı ilədə onu FİDE-nin iki komissiyasının üzvlüyünə seçiblər. Çapay Sultanov «O шахматах и только…», «Сквоз призму шахмат…» kitablarında oxucularla özünün çoxillik təcrübəsini paylaşıb. Çapay Sultanovun fəaliyyəti demək olar ki, bütün sferaları əhatə edir. Onun araşdırmaları bu gün də tələbələr, aspirantlar üçün elmi əyani-vəsaitdir.
Azərbaycan şahmat məktəbinin formalaşmasında böyük xidmətləri olan görkəmli alimi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq. 
Azərbaycan şahmatının “qızıl dövr”ünü yaradan alim
Soldan sağa: Həsən Həsənov, Çapay Sultanov respublikanın o vaxtki nazirləri ilə birlikdə  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər