Serbiyada keçirilən futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün baş tutacaq qarşılaşmaların hakim təyinatları məlum olub. Fanat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir, qitə futbol qurumu Azərbaycan yığmasının Rusiya ilə matçını belçikalı referiyə tapşırıb.
Belə ki, qarşılaşmanın baş hakimi funksiyasını Paskal Lemal yerinə yetirəcək. Ona finlandiyalı referi Timo Onatsu kömək edəcək.
Bu mərhələnin Çexiya - İtaliya görüşündə isə Kamil Çətin (Türkiyə) və Sedrik Pelisser (Fransa) ədalət təmsilçiləri olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma “Belqrad Arena”da keçiriləcək. Millimiz Bakı vaxtı ilə saat 21:30-da Rusiya önünə çıxacaqsa, Qazaxıstanla İtaliya 00:00-da münasibətlərini aydınlaşdıracaqlar.
Fanat.az