Azərbaycan Rioda keçirilən XV Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Fanat.Az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan atletika yığmasının üzvləri - Oleq Panyutin və Kamil Əliyev də mübarizəyə qoşulub.
Onlar uzunluğa tullanma yarışlarında qüvvələrini sınayıblar. Panyutin 6,88 m nəticə ilə yeddinci olub. Əliyev isə 7.05 metr nəticəyə imza ataraq, ikinci yeri tutub və gümüş medal qazanıb.
Qeyd edəkki, Azərbaycan paralimpiyaçılarından Ramil Qasımov (cüdo) qızıl, Bayram Mustafayev (cüdo) və Yelena Çebanu (atlet) gümüş, Rövşən Səfərov (cüdo) bürünc medal qazanıb.
Fanat.Az