Azərbaycan Premyer Liqasının yayımı sual altındadı - TƏHLÜKƏ

Azərbaycan Premyer Liqasının yayımı sual altındadı - TƏHLÜKƏ

Ölkə Premyer Liqasının bundan sonrakı yayımında problem yaranacaq.

Sport7.az xəbər verir ki, buna səbəb yayım hüququna yiyələn "CBC Sport"un texniki problemlərlə və maddi çətinliklərlə üzləşməsidi. Telekanalın yayım zamanı istifadə etdiyi "STS"lərdən birinin Türkiyənin "Saran Holdinq"inə məxsus olması əvvəlcədən məlum idi. "CBC Sport"un yaradılması zamanı AFFA-nın əsas tərəfdaşı kimi çıxış edən "Saran Holdinq" yaxşı müqavilə şərtləri, cəlbedici paralar qarşılığında həm insan resurslarını, həm də texniki avadanlıqlarını "CBC Sport"un istifadəsinə vermişdi.

Artıq "CBC Sport"da maddi çətinliklər hiss olunmağa başlayıb. Yeni ilə qədər ciddi ixtisarlara məruz qalacaq idman kanalı "Saran Holdinq" qarşısındakı öhdəliyini də yerinə yetirə bilməyib. Nəticədə türklər qış fasiləsinin başlamasını belə gözləmədən "STS"i "CBC Sport"un istifadəsindən çıxarıblar. Bu səbəbdən də 14-cü turun yalnız bir oyunu ekranlara gətiriləcək. Eyni gündə oynanan qarşılaşmalardan birdən artığını ekrana gətirmək hazırda "CBC Sport"un imkanları xaricindədi.

Qış fasiləsindən sonra problem həllini tapmasa, Azərbaycan Premyer Liqasının yayımında ciddi problemlərin yaranacağı qaçılmazdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər