"Sabah" - "Səbail" oyunu təxirə salındı - SƏBƏB

"Sabah" - "Səbail" oyunu təxirə salındı - SƏBƏB
Azərbaycan Premyer Liqasında X turunun "Sabah” – "Səbail” oyunu bu gün baş tutmayacaq.
Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi göstərilib.
Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, ötən tur "Sabah" - "Zirə" (0:1) oyunu da eyni səbəbdən vaxtında gerçəkləşməyib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər