Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Fanat.az xəbər verir ki, D qrupunda yer alan millimiz Portuqaliya, Bolqarıstan və Yunanıstanla mübarizə aparacaq.
İlk dövrənin oyunları mayın 22-24-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. II dövrəyə isə Bakı ev sahibliyi edəcək. Oyunlar mayın 29-u, 30-u və 31-də baş tutacaq.
Qeyd edək ki, reqlamentə əsasən, seçmə mərhələlərdə 32 komanda 9 vəsiqənin taleyinə aydınlıq gətirəcək. İlk təsnifat mərhələsindən sonra 4 milli mübarizəni dayandıracaq. Ardınca II təsnifat mərhələsində qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcək. Qrupda ikinci olacaq millilər isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.
Meydan sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apennilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib - red.) artıq 16 komandanın mübarizə aparacağı yarışa vəsiqə qazanıb.
Sofiya, Bolqarıstan
22 may
17.30 Portuqaliya - Azərbaycan
20.00 Bolqarıstan - Yunanıstan
23 may
17.30 Azərbaycan - Yunanıstan
20.00 Portuqaliya - Bolqarıstan
24 may
17.30 Yunanıstan - Portuqaliya
20.00 Azərbaycan - Bolqarıstan
Bakı, Azərbaycan
29 may
16.00 Portuqaliya - Bolqarıstan
18.30 Azərbaycan - Yunanıstan
30 may
16.00 Bolqarıstan - Yunanıstan
18.30 Azərbaycan - Portuqaliya
31 may
16.00 Yunanıstan - Portuqaliya
18.30 Azərbaycan - Bolqarıstan
Fanat.az