Azərbaycan paraüzgüçüsü Sinqapurda dünya çempionu oldu

Azərbaycan paraüzgüçüsü Sinqapurda dünya çempionu oldu

Azərbaycanın üç qat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, bu barədə məlumat Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən yayılıb.

İdmançı yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.

Qeyd edək ki, dördüncü dəfə dünya çempionu olan R.Salei sentyabrın 27-nə qədər davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, "butterfly" (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər