Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı

Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığması yarışların birinci günündə ilk medalını qazanıb. 

66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev 1/4 finalda braziliyalı Helison Oliveyranı məğlub edib. 

Yarımfinalda cüdoçumuz yaponiyalı Satoşi Fudjimoto ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan Bayram Mustafayev finala yüksəlib. 

Həlledici görüşdə cüdoçumuzun rəqibi özbəkistanlı Utkirjon Niqmatov olub. Rəqibinə uduzan Mustafayev gümüş medalla kifayətlənib. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər