Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin ikinci turunun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, hazırda 8-ci km qəsəbəsi stadionunda Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edir.
Qarşılaşmanın 60-cı dəqiqəsində yığmamızın qapıçısı Məmməd Hüseynov xoşagəlməz durumla üzləşib. Belə ki, gənc qolkiper rəqib futbolçu ilə hava mübarizəsi zamanı ciddi zədələnib. Onun dilin qatlanıb. Dili qatlanan əlcək sahibi həkim müdaxiləsindən sonra ayılsa da, oyunu davam etdirə bilməyib. Nəticədə onun yerinə meydana Kamran İbrahimov daxil olub.
Məmməd isə təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalardan birinə aparıldı.

Fanat.az